AZ

Bədii gimnastika üzrə "AGF TROPHY 2026" beynəlxalq turniri başa çatıb (FOTO)

Bakı. Trend:

3–5 aprel tarixlərində Milli Gimnastika Arenasında bədiigimnastika üzrə "AGF TROPHY 2026" beynəlxalq turniri keçirilib. Üçgün davam edən yarışda 15 ölkədən gimnastlar iştirak ediblər.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycanı bumötəbər turnirdə Azadə Atakişiyeva, Fidan Qurbanlı, Gövhərİbrahimova, Kamilla Seyidzadə, Ayla İsgəndərli, Nuray Muradlı vəGülnur Məmmədli təmsil ediblər.

Turnirin ilk günündə gənclər və böyüklər yaş kateqoriyasındaçıxış edən gimnastlar fərdi proqramda top və halqa ilə, qruphərəkətləri proqramında isə 5 top ilə bacarıqlarını nümayişetdiriblər.

İkinci gün fərdi və qrup hərəkətləri üzrə komanda hesabındaçoxnövçülükdə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.Gimnastlarımız Kamilla Seyidzadə və Fidan Qurbanlı komandahesabında gümüş medal qazanaraq uğurlu çıxışları iləseçiliblər.

Yarışın son günündə də gimnastlarımız yüksək nəticələrlə yaddaqalıblar. Gənclər yaş kateqoriyasında Azadə Atakişiyeva top iləfərdi proqramda gümüş, lent ilə proqramda isə qızıl medal əldəedib. Böyüklər arasında Gövhər İbrahimova halqa və lent iləproqramda bürünc, Fidan Qurbanlı isə top ilə proqramda gümüş medalqazanıb.

Turnir çərçivəsində tamaşaçılar üçün müxtəlif interaktivmüsabiqələr də təşkil olunub. Müsabiqə qalibləri 17–19 apreltarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünyakubokuna bilet qazanıblar.

Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Məqalədə:
Seçilən
16
2
az.trend.az

3Mənbələr