AZ

Mehdi Rəhimov dünyasını dəyişdi – FOTO

Mingəçevir Dövlət Universitetinin (MDU) akademik camiəsinə ağır itki üz verib. Universitetin Xarici dillər kafedrasının müdiri, tanınmış pedaqoq, dosent Mehdi Rəhimov vaxtsız vəfat edib.

Mehdi müəllim təkcə savadlı alim və kafedra müdiri kimi deyil, həm də tələbələrinin sevimli müəllimi, həmkarlarının sadiq dostu və nəcib insanlıq keyfiyyətləri ilə seçilən bir ziyalı kimi dərin hörmət qazanmışdı.

Onun ölümü universitet kollektivi və elm ictimaiyyəti tərəfindən böyük kədərlə qarşılanıb.

Uzun illər xarici dillərin tədrisi və kafedranın inkişafı istiqamətində böyük xidmətləri olan Mehdi Rəhimovun əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Allah rəhmət eləsin!

\\nocomment.az

Seçilən
5
3
musavat.com

4Mənbələr