AZ

PSJ Qabriel Martinellinin izinə düşüb

Fransa çempionu PSJ yay transfer pəncərəsi üçün iddialı hədəflər müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, parislilər "Arsenal"ın braziliyalı forvardı Qabriel Martinellini heyətinə qatmaq yarışına qoşulublar.

"Media Foot"un yaydığı xəbərə görə, "topçular"ın gələn mövsüm hücum xəttində dəyişikliklər etməyi planlaşdırması fonunda bu keçid real görünür.

Braziliya millisinin üzvü təxminən 50 milyon funt-sterlinq qarşılığında Parisə yollana bilər. Yayda Martinelli üçün mübarizənin daha da qızışacağı gözlənilir.

Seçilən
24
2
fanat.az

3Mənbələr