AZ

İran müharibəsində ölən ilk erməni: Yeni Culfada dəfn edildi

Ötən həftə İran müharibəsində həlak olan ilk xristianı Ovannes Simonyanın Yeni Culfadakı Müqəddəs Məryəm Kilsəsində təntənəli dəfn mərasimi keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf sosial mediada yazıb.

Qalibafın sözlərinə görə, Ovannes Simonyan "İsrailin İsfahanda mülki əhalini vəhşicəsinə bombalaması" nəticəsində həlak olub.

"Bu Pasxa günündə sizdən  Ovannes Simonyanın ruhunun dincliyi üçün dua etməyinizi xahiş edirəm. Onun nəcib ruhu İsa Məsihin sevgi dolu qucağında əbədi rahatlıq tapsın. 

Onun fədakarlığı bütün iranlıların vətənimizin müdafiəsində birliyinin sübutudur", - deyə İran Parlamentinin sədri qeyd edib. 

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr