AZ

PSV 27-ci çempionluğunu qazandı

PSV klubu növbəti çempionluq titulunu qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, rəqibi “Feyenoord”un xal itirməsi və PSV-nin “Utrext”i 4:3 hesabı ilə məğlub etməsi nəticəsində Əyndəhoven təmsilçisi ölkə çempionu olub. PSV tarixində 27-ci dəfə və ardıcıl üçüncü dəfə ölkə çempionu adını qazanıb.

Komandanı 2023-cü ildən çalışdıran baş məşqçi Peter Bos rəhbərliyi altında PSV 29 oyundan sonra 71 xal toplayıb. Rəqib “Feyenoord” isə 54 xalla çempionluq mübarizəsini başa vurub.

Qeyd edək ki, tarixdə PSV iki dəfə ardıcıl dörd çempionluq seriyasına imza atıb – 1986–1989 və 2005–2008-ci illərdə. Niderland çempionatında daha çox titul qazanan komanda isə Amsterdamın “Ayaks” klubudur; onun aktivində 36 çempionluq var.

Seçilən
24
90deqiqe.az

1Mənbələr