AZ

"Trabzonspor" "Qalatasaray"la matçdakı davanın səbəbkarını açıqladı

style='margin-bottom:10px;'>

"Trabzonspor" "Qalatasaray"la oyundan sonra baş verən insidentlə bağlı açıqlama yayıb.

QOL.az xəbər verir ki, klub hadisənin səbəbkarı kimi İstanbul təmsilçisinin futbolçusu Abdülkerim Bardakcıyı göstərib. Bildirilib ki, matçdan sonra Onuralp Çakıroğlu qələbəni qeyd edərkən Bardakcı ona yaxınlaşaraq "Sən neçə yaşındasan?" ifadəsini səsləndirib.

Onuralp isə buna reaksiya verməyərək rəqibini paltardəyişmə otağına getməyə işarə edib.

Buna baxmayaraq “Qalatasaray” futbolçusunun ona sözləri ilə psixoloji təsir göstərməyə davam etdirdiyi və fiziki müdaxiləyə cəhd göstərdiyi iddia olunub.

“Trabzonspor” rəhbərliyi futbolçusuna qarşı bu davranışı və sosial şəbəkələrdə edilən paylaşımları qınayıb, məsul şəxslərlə bağlı hüquqi addımlar atılacağını açıqlayıb.

Qeyd edək ki, “Trabzonspor” - “Qalatasaray” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr