AZ

“Sumqayıt” öz meydanında “Neftçi”yə uduzdu

Futbol üzrə Misli Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, günün ikinci matçı Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə “Neftçi” arasında reallaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın qollarına Freddi Varqas, İfeanyi Metyu və Vensan Abubakar imza atıblar. Meydan sahiblərində isə Nikola Ninkoviç fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran “Neftçi” 5-ci, “gənclik şəhəri” təmsilçisi isə 32 xalla 7-ci sırada yer alıb.

Günün ilk matçında “Qəbələ” “Kəpəz”i 2 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, turun digər matçları aprelin 6-7-də keçiriləcək.

Seçilən
0
1
unikal.az

2Mənbələr