BAKI, 5 aprel. TELEQRAF
NASA rəhbəri Cared Ayzekman bildirib ki, kainatda Yerdənkənar həyatın izlərinin tapılması ehtimalı kifayət qədər yüksəkdir.
Teleqraf xəbər verir ki, bu barədə Ayzekman CNN telekanalına müsahibəsində danışıb.
O qeyd edib ki, insanlığın kainatda tək olmadığını göstərən sübutların gələcəkdə aşkarlanması real görünür.
Bununla yanaşı, o vurğulayıb ki, indiyədək Yerə yadplanetli həyat formalarının gəldiyini təsdiqləyən heç bir dəlil mövcud deyil.