AZ

Keşlədə kollektorun üzərində tikilmiş evin söküntüsünə başlanılıb

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş ikimərtəbəli evin sökülməsi qərara alınıb.

"Unikal" xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən artıq söküntü işlərinə başlanılıb.

Belə ki, evin bünövrəsinin çökməsi nəticəsində kollektorun bir hissəsi tutulub və yağış sularının kənarlaşdırılması çətinləşib. Nəticədə güclü yağıntı zamanı ərazidə su basma halları baş verib.

Məlumata görə, gələcəkdə belə halların qarşısının alınması üçün qanunsuz inşa edilmiş həmin evin təcili sökülməsi və kollektorun bərpa edilməsi zəruri hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
unikal.az

3Mənbələr