AZ

Tramp İrana qarşı razılaşma müddətini 24 saat uzatdı

BAKI, 5 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın bağlanması üçün müəyyən edilmiş son müddəti 24 saat uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Tramp "X" sosial şəbəkəsində verdiyi açıqlamada son müddəti əlavə bir gün təxirə saldığını bildirmişdir. ABŞ lideri əvvəllər bildirib ki, İran razılaşmanı 7 aprel tarixinə qədər bağlaya bilər.

Qeyd olunur ki, Tramp bu müddət ərzində Hürmüz boğazını açmazsa, enerji və mülki infrastruktura qarşı zərbələr endirəcəyini hədələyib.

Seçilən
34
2
teleqraf.com

3Mənbələr