ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çində artıq ev işlərini görən robot satışa çıxarılıb.
Avtosfer.az xəbər verir ki, “Panther” adlı robot çarpayıları yığışdırır, evi təmizləyir, paltar yuyur, hətta sanitar qovşağın təmizlənməsi ilə də məşğul olur. Bir sözlə, robot qulluqçunun görməli olduğu bütün işləri icra edir.
Bu robot satışa çıxarıldıqdan sonra Çinin sosial şəbəkələrində belə bir zarafat trendə çevrilib: bütün qısqanc qadınlar ərlərinə bu robotu aldıracaqlar ki, qulluqçu qadına ehtiyac olmasın.
Vüqar
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.