AZ

Gəncədə tələbə dəm qazından boğuldu

GƏNCƏ, 5 aprel. TELEQRAF

Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2007 ci il təvəllüdlü Ləman Əliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Ona ilkin tibbi yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, 19 yaşlı qız Gəncədəki ali məktəblərdən birinin tələbəsidir.

Seçilən
29
10
teleqraf.com

10Mənbələr