AZ

BDYPİ yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib

Bakı. Trend:

Hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanınbir çox bölgələrində yağıntılı hava şəraiti müşahidə olunur.

Trend xəbər verirki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yağışlı hava iləbağlı hərəkət iştirakçılarına müraciətində bildirilir.

Belə hava şəraiti yol örtüyünün sürüşkən olmasına, əyləcməsafəsinin artmasına və sürücülərin nəqliyyat vasitəsinə nəzarətimkanlarının zəifləməsinə səbəb olur ki, bu da yol-nəqliyyathadisələrinin başvermə riskini artırır.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının diqqətinəçatdırır ki, bu cür hava şəraitində həm sürücülər, həm də piyadalartərəfindən daha diqqətli və məsuliyyətli davranılması xüsusiəhəmiyyət kəsb edir.

Sürücülərə tövsiyə olunur:
- Sürəti yol və hava şəraitinə uyğun seçsinlər, qəfil manevr vəkəskin əyləcləmələrdən çəkinsinlər;
- Nəqliyyat vasitələri arasında ara məsafəni artıraraq təhlükəsizhərəkəti təmin etsinlər;
- İşıqlandırma sistemlərinin sazlığını yoxlasınlar;
-Yağış zamanı yaranan su yığıntıları və sürüşkən sahələrdəehtiyatlı hərəkət etsinlər;
- Piyada keçidlərinə yaxınlaşarkən sürəti əvvəlcədən azaltsınlar vəpiyadalara üstünlük versinlər.

Piyadalara da xatırladılır ki:
- Yolu yalnız müəyyən edilmiş yerlərdən keçsinlər;
- Yolun hərəkət hissəsinə çıxmazdan əvvəl nəqliyyat vasitələrininyaxınlaşıb-yaxınlaşmadığına əmin olsunlar;
- Yağıntılı hava şəraitində sürücülərin onları vaxtında görməsininçətinləşdiyini nəzərə alsınlar;
- Tələsik və qəfil hərəkətlərdən çəkinərək öz təhlükəsizliklərinəxüsusi diqqət yetirsinlər.

BDYPİ bir daha diqqətə çatdırır ki, əlverişsiz hava şəraitindəyol hərəkəti qaydalarına əməl olunmaması ağır nəticələrə səbəb olabilər.

Seçilən
32
25
az.trend.az

10Mənbələr