AZ

Qara dəniz üzərində qeyri-adi bir bulud peyda oldu

Türkiyə sahillərində Qara dəniz akvatoriyası üzərində nadir rast gəlinən silindrşəkilli bulud peyda olub.

Publika.az xəbər verir ki, bu barədə yerli sakinlərə istinadla "Star" nəşri məlumat yayıb.

Məlumata görə, silindrşəkilli bulud kütləsi təxminən günorta saatlarında Qara dəniz üzərində sahil boyu formalaşıb. Səmada nəhəng dalğanı xatırladan bu hadisə şahidlərin təəccübünə səbəb olub.

Meteoroloqlar bildiriblər ki, belə buludlar isti və soyuq hava kütlələrinin sürətli hərəkəti nəticəsində yaranan nadir atmosfer hadisəsidir.

Seçilən
23
3
publika.az

4Mənbələr