AZ

Tramp İrana iki gün vaxt verdi - "Hər şeyi məhv edəcəyəm"

ABŞ prezidenti Donald Tramp ABŞ-nin İranla "dərin danışıqlar apardığını" və çərşənbə axşamına qədər razılaşma əldə edilə biləcəyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, Axios-a verdiyi müsahibəsində danışıb. 

"Yaxşı bir şans var, amma razılaşma əldə etməsələr, hər şeyi məhv edəcəyəm", - deyə o bildirib.

ABŞ prezidenti razılığa gəlinməsə, İran vətəndaşları üçün həyati əhəmiyyət kəsb edən infrastrukturu məhv etməklə hədələyib.

"Axios" müxbirinin günahsız İran vətəndaşlarına zərər vurmaqdan qorxub-qorxmadığı ilə bağlı sualına cavab olaraq Tramp hökumətlərinə qarşı çıxan vətəndaşların "rejimi zəiflətmək" üçün bu cür hücumları dəstəkləyəcəyinə inandığını bildirib.

"Onlar qorxu içində yaşayırlar. Onlar müharibənin ortasında gedəcəyimizdən qorxurlar, amma getməyəcəyik", - deyə Tramp bildirib.

Seçilən
29
2
unikal.az

3Mənbələr