AZ

Niderlandda ölkə çempionunun adına aydınlıq gəldi - ardıcıl 3-cü dəfə

PSV (Eydhoven) vaxtından əvvəl Niderland çempionu olub.

Sportal.az xəbər verir ki, Peter Boszun komandası 29 turdan sonra 71 xalla turnir cədvəlinə başçılıq edir və dünən "Utrext" üzərində 4:3 hesablı qələbə qazanıb.

İkinci yerdə olan "Feyenoord" isə bu gün "Volendam" ilə 0:0 hesablı heç-heçə edib və 54 xala yüksəlib. Beləliklə, PSV-ni keçmək artıq mümkün deyil.

Bu nəticə ilə Eyndhoven klubu mövsümün bitməsinə 5 tur qalmış çempionluğu riyazi olaraq təmin edib.

PSV tarixində 27-ci dəfə Niderland çempionu olub.

saytlarin hazirlanmasi

Seçilən
24
1
sportal.az

2Mənbələr