AZ

Nigeriyada silahlı hücum: 17 nəfər öldürüldü

Ajans.az xəbər verir ki, bu barədə yerli sakinlərə istinadla "Daily Post" qəzeti məlumat yayıb. İlkin məlumata görə, hücum Katolik Pasxası zamanı baş verib. Hücumçular yaşayış evlərini yandırıblar, bir neçə sakin isə itkin düşüb.

Nigeriya son 20 il ərzində terrora qarşı mübarizə aparır, əvvəllər əsasən şimal və şimal-şərq bölgələrində, indi isə cənub-şərqdə də təhlükə artıb. 2025-ci ilin dekabrından ABŞ Nigeriyaya bu sahədə dəstək verir, yüzlərlə hərbçi, silah və sursat göndərib. Lakin “Boko Haram” qruplaşmasının hücumları yeni bölgələrə də yayılır.

Seçilən
10
3
Ajans.az

2Mənbələr