AZ

Arda Turanın komandası lider kürsünə sahibləndi Qələbə seriyası davam edir

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna Premyer Liqasının 22-ci turunda türkiyəli baş məşqçisi Arda Turanın sükanı arxasında olduğu  "Şaxtyor Donetsk" dogma meydanında "Rux Vınnıki"lə qarşılaşıb.

Mia.az xəbər verir ki, "Şaxtyor Donetsk" "Arena Lviv"də keçirilən matçda qalib ayrılıb - 3-0 

Qolları 34-cü və 62-ci dəqiqələrdə Eguinaldo, 88-ci dəqiqədə isə Luka Oliveira Meirelles vurub.

Bu qələbədən sonra “Şaxtyor Donetsk” liqadakı məğlubiyyətsiz seriyasını 13 oyuna çatdırıb və 50 xalla lider kürsüsünə yüksəlib. 

“Şaxtyor Donetsk” “LNZ Çerkasy” ilə qarşılaşacaq.

Fərid ASLAN

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
mia.az

1Mənbələr