AZ

“OPEC+” ölkələri mayda gündəlik hasilatı artırmaq qərarına gəliblər

Qahirə, 6 aprel, AZƏRTAC

“OPEC+” ölkələri may ayından etibarən neft hasilatını gündəlik 206 min barel artırmaq barədə razılığa gəlib.

AZƏRTAC xəbər verir ki, qərar bu gün alyansın əsas iştirakçıları – Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman arasında keçirilən virtual iclas zamanı qəbul olunub. Görüşdə qlobal enerji bazarındakı mövcud vəziyyət və gələcək proqnozlar müzakirə edilib.

Bildirilir ki, qərar ABŞ-İsrail-İran gərginliyi fonunda qəbul edilib və bu qarşıdurmanın xam neft tədarükünə mümkün təsirləri nəzərə alınıb.

OPEC tərəfindən yayılan bəyanatda qeyd olunub ki, alyansa üzv ölkələr enerji axınlarının fasiləsiz davam etməsi üçün beynəlxalq dəniz nəqliyyatı marşrutlarının qorunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Seçilən
21
1
azertag.az

2Mənbələr