ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
İranda müharibənin nə vaxt bitəcəyi ilə bağlı qeyri-müəyyənlik davam etdikcə, neft böhranı daha da dərinləşir. Bu isə onsuz da qorxulu olan proqnozları daha da pisləşdirir.
Globalinfo.az xəbər verir ki, bu barədə İTV-nin videomaterialında bildirilib.
Hazırda Hörmüz boğazı bağlı olduğundan bir sıra məhsulların idxalı dayanıb. Bu boğazdan yalnız yanacaq yox, həyati əhəmiyyətli məhsullar da keçir. Araşdırmalardan məlum olub ki, keçidin bağlı qalması neftlə yanaşı, ərzaq məhsulları daxil olmaqla müxtəlif malların qiymətini artıra bilər. Əslində, neftin bahalaşması neft istehsal edən ölkələr üçün bəlkə də xəzinə mənasına gəlməlidir, çünki bu ölkələrin gəlirləri daha çox artır.
Məsələn, Azərbaycanın dövlət büdcəsində bu il üçün neftin bir barelinin qiymeti 65 dollardan götürülüb. İndi isə neftimiz 140 dollardan baha satılır. Amma Azərbaycan idxaldan asılı ölkə olduğundan, neftin qiymətinin artması müsbət nəsə vəd etmir. Ən azından İranda müharibə davam etdikcə… Ekspertlər deyirlər ki, Hörmüz ətrafında böhran Azərbaycanda bir çox məhsulun bahalaşmasına səbəb olacaq. Bunun qarşısının alınması üçün idxal rüsumlarında güzəştlər təklif edilir.
İqtisadçı Rəşad Həsənov məsələni belə şərh edib: “Azərbaycan gündəlik təxminən 450-500 min barel neft ixrac edən ölkələrdən biridir. Neftin bir barelinin bir dollar bahalaşması Azərbaycan üçün gündə təxminən 450-500 min dollar, aylıq 15 milyon dollar əlavə gəlirə gətirib çıxarır. Neftin qiymətinin 60 dollar bahalaşması gündəlik 30 milyon dollar, aylıq təxminən 900 milyon dollar, illik aspektdə isə 10 milyard dollara qədər əlavə bir gəlir formalaşdıra bilər”.
Məlumdur ki, Azərbaycan idxaldan asılı olan ölkədir. Bu da baha ərzaq və yüksək logistika xidmətləri deməkdir:
“Azərbaycana idxal olunan məhsulların qiymətinin artması, eyni zamanda idxal bazarlarının özündə, xüsusilə də İranda yaranmış vəziyyətin fonunda 10 milyon azərbaycanlı bu və ya digər şəkildə bu qiymət artımları ilə artıq üzləşməyə başlayıb”, – deyə iqtisadçı qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.