AZ

Rusiyada qadın dördəm DÜNYAYA GƏTİRDİ – FOTOLAR

Sankt-Peterburqda qadın dörd əkiz qız dünyaya gətirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Sankt-Peterburqda nadir tibbi hadisə qeydə alınıb. Şəhər sakinlərindən biri dörd əkiz qız uşağı dünyaya gətirib.

Mütəxəssislərin bildirdiyinə görə, bu, Rusiyada analoqu olmayan ilk belə haldır.

Belə bir hadisənin baş vermə ehtimalı 15,5 milyonda birdir. Tamamilə bir-birinə oxşar olan dörd körpə hazırda həkimlərin xüsusi nəzarəti altındadır.

Statistikaya görə, bütün dünyada cəmi 15-ə yaxın eyni genetik quruluşa malik dördəm var ki, onların da 10-u qızdır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
70
1
interpress.az

2Mənbələr