AZ

Ukrayna və Suriya səfirliklərin fəaliyyətini bərpa edəcək

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ukrayna və Suriya yaxın vaxtlarda qarşılıqlı olaraq Dəməşq və Kiyevdə səfirliklərin fəaliyyətini yenidən bərpa etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.

Nazir bildirib ki, bu addım iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda Ukrayna nümayəndə heyəti Dəməşqdə səfərdədir. Prezident Vladimir Zelenski Suriyanın prezidenti Əhməd əş-Şara ilə görüş keçirib.

Görüş zamanı təhlükəsizlik və müdafiə məsələləri, regiondakı vəziyyət, İran ətrafında baş verən hadisələr, eləcə də enerji və infrastruktur sahəsində əməkdaşlıq müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
axar.az

2Mənbələr