Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensivyağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işlərifasiləsiz olaraq davam etdirilir.
Trend xəbər verirki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər rayonlarında,həmçinin Sumqayıt şəhəri, Abşeron və Xaçmaz rayonları ərazisindəmüvafiq təhlükəsizlik tədbirləri görülür. Eyni zamanda, suçəkməişləri aparılır və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsihəyata keçirilir.