“Real”ın baş məşqçisi Alvaro Arbeloa mövsüm bitdikdən sonra işini itirmək riski ilə üzləşib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi baş məşqçiyə etibar etsə də, “Malyorka”ya məğlubiyyət (1:2) hər şeyi dəyişib.
Hazırda ispaniyalı mütəxəssisin klubdakı uzunmüddətli gələcəyi ciddi şübhə altındadır. Komanda mövsümü kuboksuz başa vurarsa, Arbeloanın postunda qalması ehtimalı azdır.
Onun taleyi əsasən UEFA Çempionlar Liqasındakı nəticədən asılı olacaq.
“Real” Çempionlar Liqasının 1/4 finalında “Bayern”lə qarşılaşacaq.