AZ

Tramp: F-15 qırıcısı daşınan zenit-raket kompleksi ilə vurulub

İran qüvvələri Amerikanın F-15 qırıcı təyyarəsini daşına bilən hava hücumundan müdafiə sistemindən istifadə edərək vurub.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Axios”a verdiyi müsahibədə bildirib.

O, İran hərbçilərinin ABŞ-yə məxsus F-15 qırıcısını vurduğunu təsdiqləyib.

Trampın sözlərinə görə, təyyarə daşınan zenit-raket kompleksi (ZRK) vasitəsilə vurulub.

O, baş verən hadisəni şərh edərkən qısa olaraq “Onların bəxti gətirdi” ifadəsini işlədib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
27
interpress.az

1Mənbələr