AZ

Rusiya yenidən alovlar içində: Neft terminalı YANIR - VİDEO

Novorossiyskdə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) "Şesharis" neft terminalına hücum edib.

Musavat.com xəbər verir ki, bu barədə "Astra" nəşri məlumat yayıb.

"Şesharis" Rusiyanın cənubundakı ən böyük neft terminallarından biridir və "Çernomortransneft" ASC-nin ( "Transneft" PJSC) strukturuna daxildir.

Novorossiysk merinin verdiyi məlumata görə, PUA qalıqları şəhərin Cənub rayonunda yerləşən çoxmənzilli yaşayış binasının üzərinə düşüb. Bundan əvvəl isə operativ qərargah dron hissələrinin şəhərdəki iki müəssisənin ərazisinə düşdüyünü bildirmişdi. Xatırladaq ki, martın 2-nə keçən gecə də "Şesharis" terminalında kamikadze-dronların hücumu nəticəsində güclü yanğın baş vermişdi və Ukrayna Müdafiə Nazirliyi həmin hücumu təsdiqləmişdi.

Aprelin 5-i axşam saatlarından etibarən isə Krasnodar diyarı kütləvi PUA hücumuna məruz qalıb. Rusiya mətbuatının yazdığına görə; Novorossiysk, Anapa, Soçi, Gelencik və Slavyansk rayonları zərbə altındadır.

Yerli sakinlər qeyd olunan ərazilərdə 15-dən 20-yə qədər partlayış səsi eşitdiklərini bildiriblər. Xüsusilə Qara dəniz istiqamətindən gələn səslər daha intensiv olub. Şahidlər dəniz akvatoriyası üzərində hava hücumundan müdafiə sistemlərinin dronları vurması nəticəsində yaranan parıltıları gördüklərini iddia edirlər.

Bütün axşam boyu kurort şəhərlərində xəbərdarlıq sirenləri çalınıb. Monitorinq kanalları Novorossiysk limanına da hücum edildiyi barədə məlumatlar yayır.

Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr