525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türkiyədə ağır yol qəzası baş verib.
525.az "Milliyet"ə istinadən xəbər verir ki, Eskişəhər-Ankara yolunda idarəetməni itirən avtomobil qarşı zolağa keçərək digər avtomobillə toqquşub. Qəza nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Qəzanın ardından çoxlu sayda tibb və polis qrupları hadisə yerinə göndərilib. Qəza yerində araşdırmalar tamamlandıqdan sonra meyitlər morqa aparılıb.
Hüquq-mühafizə orqanları qəza ilə bağlı araşdırmaya başlayıb.
İbrahim Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.