“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah”la matçda Elvin Cəfərquliyev və Akim Zedadka arasında yaranan qalmaqala münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, görüşün 84-cü dəqiqəsində oyunçular arasında mübahisə baş verdikdən sonra onları yanına çağıraraq barışdırıb.
Qurbanov həmin epizodu bu cür şərh edib:
“Hər ikisini barışdıran kimi etdim, amma bilmədim, barışdılar, yoxsa yox (gülür-red.) Amma hər ikisi bunu normal qəbul etdi.
Düzü, epizodu dəqiq görmədim. Bir epizoddan sonra, deyəsən, qarşı-qarşıya gəldilər.
Bu, sırf futbolçu aqressiyasıdır. Belə mübahisələr futbolu bəzəyir, normal haldır.
Futbol xarakter oyunudur. Bəzi azarkeşlər bundan da zövq alırlar. Düzdür, Zedadka bir az hirsləndi, bu da normaldır”.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.