Bakı. Trend:
“OPEC+” ölkələri may ayından etibarən neft hasilatını gündəlik206 min barel artırmaq barədə razılığa gəlib.
Trend xəbər verirki, qərar alyansın əsas iştirakçıları – Səudiyyə Ərəbistanı,Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman arasındakeçirilən virtual iclas zamanı qəbul olunub.
Görüşdə qlobal enerji bazarındakı mövcud vəziyyət və gələcəkproqnozlar müzakirə edilib. Bildirilir ki, qərar ABŞ-İsrail-İrangərginliyi fonunda qəbul olunub və bu qarşıdurmanın xam nefttədarükünə mümkün təsirləri nəzərə alınıb.
OPEC tərəfindən yayılan bəyanatda qeyd olunub ki, alyansa üzvölkələr enerji axınlarının fasiləsiz davam etməsi üçün beynəlxalqdəniz nəqliyyatı marşrutlarının qorunmasının xüsusi əhəmiyyətdaşıdığını vurğulayıblar.