AZ

Qəhvəni belə içəndə orqanizmə zərər vermir

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Gündəlik qəhvə miqdarı ilə bağlı yanaşmalar fərqlidir. Çox vaxt 3–4 fincanın təhlükəsiz olduğu bildirilsə də, həkim Filatov kofeinə reaksiyanın genetikadan və vərdişlərdən asılı olduğunu vurğulayır.Onun fikrincə orqanizmin bu maddəni necə qəbul etdiyini anlamaq üçün bədənin verdiyi siqnalları izləmək vacibdir.Bəzi insanlar qəhvə içəndən sonra enerji artımı hiss edir, digərlərində isə ürək döyüntüsü və halsızlıq yaranır. Əgər bir fincan qəhvədən sonra nəbz sürətlənirsə, bu, orqanizmin kofeini çətin emal etdiyinə işarədir. Belə hallarda içkidən tamamilə imtina etmək daha məsləhətlidir. Yuxu problemi və yüksək narahatlıq hissi olanlara isə gün ərzində yalnız bir fincanla kifayətlənmək tövsiyə olunur.Qəhvəni acqarına içmək mədənin selikli qişasını qıcıqlandırır və öd kisəsinin həddindən artıq aktiv çalışmasına səbəb olur. Bu səbəbdən ən ideal vaxt səhər yeməyindən sonrakı müddət hesab edilir. Təzyiqi aşağı olanlar üçün təbii qəhvə gümrahlıq gətirsə də, yüksək təzyiqdən əziyyət çəkənlər miqdara xüsusi diqqət yetirməlidir.İdmanla məşğul olmazdan əvvəl qəhvə içmək tövsiyə edilmir, çünki bu içki təbii stimullaşdırıcı rolunu oynayır. Mədə-bağırsaq, təzyiq və yuxu ilə bağlı şikayəti olmayanlar hər gün qəhvə içə bilərlər. Lakin burada söhbət yalnız təbii və təzə dəmlənmiş qəhvədən gedir, həll olunan hazır qarışıqların bədən üçün faydalı olmadığı bildirilir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
demokrat.az

1Mənbələr