Rusiya internet azadlığı reytinqində Şimali Koreyadan başqa bütün ölkələri geridə qoyaraq sonuncu pillədə qərarlaşıb.
İnterpress.az xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi məlumat yayıb.
Rusiya internet azadlığı reytinqində 100 mümkün baldan cəmi 4 bal toplayaraq dünya üzrə sondan ikinci yeri tutub. Siyahıda yalnız Şimali Koreya (0 bal) Rusiyadan geri qalır.
Reytinq tərtib edilərkən torrentlərin əlçatanlığı, şəbəkədə söz azadlığı və VPN-lərin yüklənmə imkanı kimi amillər nəzərə alınıb.
Məlumata görə, Rusiya VPN xidmətlərinin bloklandığı və ya ciddi şəkildə məhdudlaşdırıldığı ölkələr siyahısında xüsusi qeyd olunub.
Şimali Koreya isə internetə çıxışın yalnız hakimiyyətə ən yaxın şəxslərə verilməsi səbəbindən reytinqdə sonuncu pillədə yer alıb.
Rusiyanın yaxınlığında Çin, İran və Pakistan kimi ölkələr qərarlaşıb.
Dünya üzrə interneti azad hesab edilən ölkələrin sayı isə cəmi 11-dir (bunların arasında Belçika, Danimarka, Finlandiya, İslandiya, Norveç, Yeni Zelandiya və Slovakiya var).
Xuraman Etibarlı
İnterpress.az