AZ

Nazir təqaüdə çıxan generalları yola saldı FOTO

ain.az bildirir, Baku.ws portalına istinadən.

Azərbaycanda daha bir polis generalı təqaüdə göndərilib.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqlarla Mübarizə İdarəsinin MDB-nin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktor müavini, polis general-mayoru Əkbər Yusifov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Bundan əvvəl isə eyni səbəblə DİN Katibliyinin rəisi, polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilmişdi.

Hər iki general üçün Daxili İşlər Nazirliyində yolasalma mərasimi keçirilib, onları nazir Vilayət Eyvazov qəbul edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
baku.ws

1Mənbələr