Türkiyədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un "Haber Global"a istinadən məlumatına görə, hadisə Eskişehir-Ankara magistral yolunun Eskişehirin Sivrihisar rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində minik avtomobili əks istiqamətə çıxıb və qarşıdan gələn maşınla toqquşub. Nəticədə dörd nəfər ölüb, iki nəfər isə yaralanıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.