Argentinada “monstr-trak” üslubunda əlil arabası hazırlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Jean Maggi Fondu” məlumat yayıb.
Argentina mərkəzli “Jean Maggi” fondu hər cür maneəni aşmağa qadir olan, nəhəng təkərlərlə təchiz edilmiş yeni əlil arabasını təqdim edib.
“Monstr-trak” üslubunda hazırlanan bu nəqliyyat vasitəsi dizaynı ilə diqqət çəkir.
Fondun nümayəndələri bildiriblər ki, bu ideya qəsdən hiperbolizə edilib.
Layihənin əsas məqsədi şəhərlərin hərəkət qabiliyyəti məhdud olan şəxslər üçün əlçatmaz olması problemini ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Xuraman Etibarlı
İnterpress.az