AZ

İran ABŞ-nin pilot əməliyyatını “ssenari” adlandırdı

İranda vurulduğu bildirilən ABŞ hərbi təyyarəsinin itkin düşən ikinci pilotunun xilas edilməsi üçün həyata keçirilən əməliyyatla bağlı Tehrandan diqqətçəkən açıqlama gəlib.

Musavat.com xəbər verir ki, İran prezidentinin müavini İsmail Sekab İsfahani Vaşinqtonun bu addımını şübhə altına alıb.

O bildirib ki, İsfahan səmasında baş verənlər təkcə bir neçə təyyarənin vurulması ilə məhdudlaşmayıb. İranlı rəsminin sözlərinə görə, “böyük bir ssenari çöküb” və bu əməliyyatın əsl mahiyyəti ciddi suallar doğurur.

İsfahani daha sonra əlavə edib ki, ABŞ-nin həyata keçirdiyi missiya bəlkə də heç vaxt “xilasetmə əməliyyatı” olmayıb.

Musavat.com

Seçilən
31
50
musavat.com

10Mənbələr