AZ

Nigeriyanın neft ehtiyatları azalıb

Bakı. Trend:

Nigeriyanın neft ehtiyatları son bir ildə 37,5 milyard bareldən37,1 milyard barelə düşüb.

Trend xəbər verirki, bu barədə ölkənin “Channels” televiziya kanalı məlumatyayıb.

Kanalın məlumatına görə, neft ehtiyatlarının azalması əlverişlibazar şəraiti və qlobal qiymətlərin artması fonunda hasilattemplərinin yüksəlməsi ilə bağlıdır. Mövcud ehtiyatların 59 illikistehsal üçün kifayət etdiyi bildirilir.

Eyni zamanda, Nigeriyanın qaz ehtiyatları artaraq 5,96 trilyonkubmetrdən 6,08 trilyon kubmetrə yüksəlib və bu həcmin 85 il üçünkifayət edəcəyi qeyd olunub.

Bundan əlavə, ölkədə neft hasilatı 2026-cı ilin fevralındagündəlik 1,34 milyon bareldən aprel ayında 1,84 milyon barelə qədərartıb.

Seçilən
42
az.trend.az

1Mənbələr