AZ

Sarkisyan Rusiyapərəst qüvvələri parçalaamamaq üçün seçkidən imtina etdi

Ermənistan Respublikasının üçüncü prezidenti, Ermənistan Respublika Partiyasının (ERP) sədri Serj Sarkisyan 7 iyunda keçiriləcək parlament seçkilərində iştirakdan imtina etməyəcəyini açıqlayıb.

Herbiand.az xəbər verir ki, 18-ci Partiya Qurultayında çılxış edən Sarkisyan rəhbərlik etdiyi siyasi qüvvənin seçkidən imtinası, partiya üzvlərinin və tərəfdarlarının buna necə reaksiya verəcəyini açıqlayib.

Sarkisyan çıxışında bəzi insanların bu qərardan narazı olduğunu bildirib. “Bilirəm ki, düzgün iş sayəsində partiya üçün tələb olunan dörd faizlik həddi aşmış olardıq. Amma mən başqa bir həqiqəti də bilirəm ki, bunu bu kürsüdən təsdiqləyirəm. Sizi və xalqımızı əmin edirəm ki, hətta iştirak etməsə belə, daha doğrusu, bu seçkilərdə birbaşa iştirak etməsə belə, Respublika Partiyası siyasi hadisələrin mərkəzində mübarizənin öncüllərindən biri olaraq qalacaq. “Biz bu seçkilərdə müxalifəti daha da parçalamamaq, birincilərin, dedikləri kimi, hökumət dəyişikliyinə mane olduğuna inanan bütün qüvvələrə öz vədlərini yerinə yetirmək imkanı vermək üçün iştirak etmirik”.

Seçilən
41
herbiand.az

1Mənbələr