Misli Premyer Liqasında XXVI tur davam edir.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə bir qarşılaşma baş tutacaq.
"Qarabağ" doğma meydanda çempionatın autsayderi "Karvan-Yevlax"ı qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Oyunu Kamranbəy Rəhimov idarə edəcək.
Tura sabah yekun vurulasaq.
Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Qəbələ" "Kəpəz"i (2:0), "Neftçi" isə "Sumqayıt"ı (3:1) üstələyib.
Misli Premyer Liqası
XXVI tur
6 aprel
19:00. "Qarabağ" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Emin Əliyev, Tural Qurbanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tofiq Bəhramov adına Respublika Stadionu.