Bakıda Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə prospektin Mərdəkan istiqamətində qeydə alınıb.
İlkin məlumata görə, “Mercedes” markalı avtomobil idarəetməni itirərək yolun arakəsməsinə çırpılıb. Qəzanın baş verməsinə səbəb kimi yağışlı hava şəraiti və sürüşkən yol göstərilir.
Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib. Qəza səbəbindən sözügedən istiqamətdə nəqliyyatın hərəkətində qismən sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.