Bu gün Azərbaycan II Liqasında XXI tur start götürür.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə "Göygöl" ilə "Ağdaş" münasibətlərinə aydınlıq gətirəcəklər. Yarım saat sonra bölgə təmsilçilərinin iştirakı ilə daha bir görüş başlayacaq. Beləliklə, bu gün meydana çıxacaq komandalar turnir cədvəlinin son 4 pilləsində qərarlaşanlardır.
Azərbaycan II Liqası
XXI tur
6 aprel
15:00. “Göygöl” – “Ağdaş”
Hakimlər: Rasim Musayev, Taleh Məmmədov, Rəşad Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Göygöl. Olimpiya İdman Kompleksinin stadionu.
15:30. “Araz Saatlı” – “Ağstafa Gəncləri”
Hakimlər: Səbuhi Bayramov, Məmmədəli Kərimov, Əkbər Əliyev, Vüqar Alıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.