AZ

İran körfəzi regionun Orta Dəhlizlə inteqrasiyası gələcəyin əsas ticarət marşrutlarından birinə çevrilə bilər - ADY

Bakı. Trend:

İran körfəzi regionunun Orta Dəhlizlə inteqrasiyası gələcəyinəsas ticarət marşrutlarından birinə çevrilə bilər.

Trend xəbər verirki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Marketinq və tarifsiyasəti departamentinin marketinq şöbəsi rəis müavini ZiyaMəmmədov sosial şəbəkə hesabında yazıb.

Qeyd olunur ki, son illərdə qlobal təchizat zəncirlərində başverən dəyişikliklər, geosiyasi risklərin artması və logistikaxərclərinin optimallaşdırılması zərurəti alternativ nəqliyyatmarşrutlarının axtarışını sürətləndirib:

“Bu kontekstdə İran körfəzi ölkələrinin yeni dəhlizlərvasitəsilə Avrasiya bazarlarına çıxışa artan marağı getdikcə dahaaydın görünür”.

Məlumata görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərivə Qətər kimi ölkələr qlobal ticarətdə mövqelərini möhkəmləndirməküçün daha dayanıqlı və çevik logistika həlləri fəal şəkildəaxtarırlar.

“Dünya ticarət marşrutlarının əhəmiyyətli hissəsi Hörmüzboğazından asılı olduğu üçün bu strateji dar keçiddə baş verən hərhansı pozuntu və ya qeyri-sabitlik təchizat zəncirlərinə birbaşatəsir göstərir. Mümkün blokadalar uzunmüddətli vəproqnozlaşdırılması çətin gecikmələrə səbəb ola bilər, bu isə həmlogistika operatorları, həm də yük sahibləri üçün əməliyyatxərclərini artırır və etibarlılığı azaldır.

Bu fonda Azərbaycan üzərindən keçən Orta Dəhliz alternativvariantdan strateji zərurətə çevrilir. O, İran körfəzi regionunuQafqaz, Avropa və Mərkəzi Asiya ilə birləşdirir, çevik multimodalnəqliyyat həlli təqdim edir və eyni zamanda geosiyasi və logistikarisklərini şaxələndirir”, – deyə o bildirib.

Vurğulanır ki, Fars körfəzi regionunun Orta Dəhlizləinteqrasiyası sadəcə alternativ marşrut deyil, Avrasiyanın iqtisadicoğrafiyasının transformasiyası deməkdir: “Bu, regionlararasıticarət əlaqələrinin möhkəmlənməsinə töhfə verir və dahabalanslaşdırılmış, dayanıqlı təchizat zəncirlərinin formalaşmasınıdəstəkləyir”.

“Effektiv inkişaf şəraitində Azərbaycan tranzit ölkədən iriqlobal logistika mərkəzinə çevrilmək potensialına malikdir. Bu,onun geoiqtisadi əhəmiyyətini mühüm dərəcədə artıracaq vəuzunmüddətli regional əməkdaşlıq üçün yeni imkanlar yaradacaq”, –deyə o qeyd edib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Z. Məmmədov vurğulayıb ki, bu gün logistika artıq yalnız məsafəməsələsi deyil, dayanıqlılıq, çeviklik və risklərin effektiv idarəolunması məsələsidir. Bu kontekstdə Fars körfəzi regionunun OrtaDəhlizlə inteqrasiyası gələcəyin əsas ticarət marşrutlarındanbirinə çevrilə bilər.

Vurğulanır ki, Fars körfəzi regionunun Orta Dəhlizləinteqrasiyası sadəcə alternativ marşrut deyil, Avrasiyanın iqtisadicoğrafiyasının transformasiyası deməkdir: “Bu, regionlararasıticarət əlaqələrinin möhkəmlənməsinə töhfə verir və dahabalanslaşdırılmış, dayanıqlı təchizat zəncirlərinin formalaşmasınıdəstəkləyir”.

Məqalədə:
Seçilən
16
az.trend.az

1Mənbələr