AZ

Rəhim Həsənov məlum oyundakı qalmaqallı epizodlarla bağlı bunları deyəcək – BİLİNDİ

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Zirə” – “Turan Tovuz” matçında mübahisəli epizodlar yaşanıb. Tovuz təmsilçisi görüşdə iki penaltisinin verilmədiyini düşünür.

Günlərdir müzakirə mövzusu olan epizodlar barədə Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun mövqeyi də maraqla gözlənilir. Sabiq referi Əliyar Ağayevin qərarlarını yaxın günlərdə şərh edəcək.

Əldə etdiyimiz məlumata görə, Həsənov FİFA referisinin səhvə yol verdiyini bildirəcək. Komitə sədri “Turan Tovuz”un penalti gözlədiyi epizodlarda etirazların haqlı olduğunu və Əliyar Ağayevin yanlış qərarlar verdiyini açıqlayacaq.

İdmanxeber.az

 

Seçilən
7
idmanxeber.az

1Mənbələr