Londonun ICE birjasında 2026-cı ilin iyun ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 30 mart 2026-cı ildən bəri ilk dəfə bir barel üçün 110 dolları keçib.
Bizim.Media xəbər verir ki, bunu ticarət məlumatları göstərir.
Bakı vaxtı ilə saat 02:00-a olan məlumata görə, Brent markalı xam neftin qiyməti 1,15% artaraq barel üçün 110,50 dollara çatıb.
Saat 02:10-a olan göstəricilərə əsasən isə qiymət artımını davam etdirərək 2,43% yüksəlib və bir barel üçün 111,89 dollara çatıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta