AZ

"Şübhəsiz ki, Epşteyn sağdır" - Mask

"Ceffri Epşteyn hələ də sağdır".

"Unikal" xəbər verir ki, amerikalı sahibkar İlon Maskın atası Errol Mask bu fikri "RİA Novosti"yə verdiyi müsahibədə bildirib.

"O, mütləq sağdır... Buna şübhə yoxdur", - deyə o, bildirib. 

Maskın sözlərinə görə, Epşteynin kamerasında baş verənlərlə bağlı rəsmi açıqlama inandırıcı deyil, çünki bir sıra hallar suallar doğurur. O qeyd edib ki, hadisə zamanı həbsxananın təhlükəsizlik kameraları söndürülüb və mühafizəçilər yatıblar.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, kamera görüntülərində 62 saniyəlik bir hissə (saat 23:58:58-dən 00:00-a qədər) yoxdur. Bu, videokamera sistemindəki texniki problemlərlə əlaqədardır.

Epşteyn 2002-2005-ci illər arasında onlarla yetkinlik yaşına çatmayan qız üçün Manhettendəki evinə və şəxsi adasına səfərlər təşkil etməkdə ittiham olunurdu. 2019-cu ilin avqust ayında maliyyəçi həbsxana kamerasında ölü vəziyyətdə tapılıb. 

 

Seçilən
12
unikal.az

1Mənbələr