AZ

Cənubi Koreya Prezidenti Kim Çen Indan ÜZR İSTƏDİ

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Cənubi Koreya Prezidenti Li Ce Myun Şimali Koreya ərazisinə özəl şəxslər tərəfindən buraxılan pilotsuz uçuş aparatlarına görə üzr istəyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onun Nazirlər Kabinetinin iclasında səsləndirdiyi açıqlamanı "Yonhap" agentliyi yayıb.

Cənubi Koreya lideri bildirib: "Şəxslərin Şimali Koreyaya qarşı bu cür təxribat xarakterli hərəkətlər etməsi dərin təəssüf doğurur".

O, bu cür addımları qəbuledilməz adlandırıb və vurğulayıb ki, hökumət dronların buraxılmasında iştirak etməsə də, yaranan lazımsız hərbi gərginliyə görə Şimali Koreyadan üzr istəyir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
7
news.milli.az

8Mənbələr