AZ

Banklar əhaliyə 235 mln. manat depozit faizi ödəyiblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin mart ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 235 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin martın 1-i ilə müqayisədə 37.4 milyon manat (18.9%) çoxdur.

Xatırladaq ki, 2025-ci ilin yanvar-fevral aylarında banklar 197.6 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 327.9 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
26
1
banco.az

2Mənbələr