AZ

“Unicapital”ın REPO əməliyyatlarının həcmi 6 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında “Unicapital” ASC investisiya şirkətinin REPO əməliyyatlarının həcmi  1 milyard 719 milyon 751 min manat olub.

FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 410 milyon 607 min manat və ya 5,6 dəfə çoxdur.

Belə ki, 2025-ci ilin yanvar-mart aylarında “Unicapital” ASC investisiya şirkətinin REPO əməliyyatlarının həcmi  309 milyon 143 min manat olmuşdu.

Seçilən
17
fed.az

1Mənbələr