Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları davam edir.
Publika.az xəbər verir ki, bu gün daha bir oyun baş tutacaq.
“Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Karvan-Yevlax”la qarşılaşacaq. Saat 19:00-da başlayacaq oyunu Kamranbəy Rəhimov idarə edəcək.
Ötən gün keçirilən oyunlarda evdə “Kəpəz” “Qəbələ”yə (0:2), “Sumqayıt” “Neftçi”yə (1:3) uduzub. “İmişli” – “Turan Tovuz”, “Zirə” – “Şamaxı” və “Araz-Naxçıvan” – “Sabah” matçları isə sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası, 26-cı tur
6 aprel