AZ

Bu gün açıq rəngli paltarlar geyinin, ara məsafəsi saxlayın Əhaliyə müraciət

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Paytaxtda müşahidə olunan yağışlı hava yollarda hərəkəti çətinləşdirərək qəza ehtimalını artırır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücü və piyadalara müraciət edərək ehtiyatlı olmağı tövsiyə edib.Asfaltın sürüşkən olması və görmə məsafəsinin azalması sürücülərdən maksimum diqqət tələb edir. İdarə belə günlərdə sürət həddini aşağı salmağı və nəqliyyat vasitələri arasında ara məsafəsini həmişəkindən daha çox saxlamağı vacib sayır. Həmçinin avtomobilin işıq sisteminin və şüşəsilənlərin işlək vəziyyətdə olması təhlükəsizlik üçün əsas şərtlərdən biridir.Piyadalar üçün də risklər az deyil. Yağışlı havada sürücülərin yolu görməsi çətinləşdiyi üçün yolu keçən şəxslər daha məsuliyyətli davranmalıdır. Səki ilə hərəkət etmək, yolu yalnız piyada keçidindən keçmək və sürücünün sizi gördüyünə əmin olmaq həyati əhəmiyyət kəsb edir.Qaranlıq və dumanlı havada piyadalara açıq rəngli geyimlərdən istifadə etmək məsləhət görülür. Bu, sürücülərin piyadanı uzaqdan fərq etməsinə kömək edir.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
demokrat.az

1Mənbələr