ABŞ və İran arasında atəşkəs əldə olunması üçün aparılan diplomatik vasitəçilik səyləri nəticəsiz qalıb.
“The Wall Street Journal” qəzetinin yazdığına görə, Pakistanın başda olmaqla bir sıra regional ölkələrin ABŞ və İran arasında müvəqqəti atəşkəs razılaşması yaratmaq məqsədi ilə apardığı danışıqlar dalana dirənib. İran tərəfi ABŞ-nin irəli sürdüyü şərtləri qəbul etməyəcəyini bildirib.
Nəşrin məlumatına əsasən, Türkiyə, Misir və Pakistan rəsmiləri İranı müharibənin dayandırılması və ya müvəqqəti atəşkəs üçün ABŞ ilə danışıqlara başlamağa razı salmağa çalışırlar. Ancaq bu cəhdlər hələlik konkret nəticə verməyib.
Qəzet qeyd edir ki, İran rəsmiləri mövqelərindən geri çəkilmək niyyətində deyil və müvəqqəti atəşkəs qarşılığında Hörmüz boğazının açılması təklifini də rədd ediblər.